Qəbələdə baş verən zəlzələnin maqnitudası 3.23 olub.
Bu barədə Seysmoloji Xidmət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.
***
21.24
Qəbələdə zəlzələ baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, saat 21.20 radələrində yüngül silkələnmə hiss olunub.