Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az xəbər verir ki, hadisə Qəmərvan kəndində baş verib.
Kənd sakini 42 yaşlı Ağasıyev Rövşən Ağamurad oğlu bağ sahəsində meyvə yığan zaman su quyusunun yuxarı hissəsində olan mildən asılı qalıb və boğularaq, ölüb.
Araşdırma aparılır.