Qəbələdə AĞIR QƏZA:  polis yaralandı
06 fevral 2023 15:03 (UTC +04:00)

Qəbələdə AĞIR QƏZA: polis yaralandı

Qəbələdə polis əməkdaşı qəya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Oxşar yazılar