Qazaxda  narko-kuryerlik   edən saxlanıldı
25 sentyabr 2023 13:36 (UTC +04:00)

Qazaxda narko-kuryerlik edən saxlanıldı

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan  Qazax rayon ərazisinə gətirilən narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov Qazax rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli çantadan 1 kiloqram 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274

Oxşar yazılar