Qayınanasını  yastıqla boğub,   meyiti gizlətdi
25 iyun 2023 13:52 (UTC +04:00)

Qayınanasını yastıqla boğub, meyiti gizlətdi

0

Çelyabinsk vilayətində kişi qayınanasını öldürərək meyiti gizlədib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, faktla bağlı cinayət işi başlanıb.

Əməliyyatçılar müəyyən ediblər ki, Uyski rayonunun Vandışevka kəndindəki evlərdən birində yaranmış mübahisə zamanı şübhəli şəxs münaqişə zəminində qayınanasını yastıqla boğub. Sonra cəsədi bir yerdə gizlədib.

Qatil həbs edilib. Həbs-qətimkan tədbirinin seçilməsi və ittiham irəli sürülməsi məsələsi həll edilir. Faktla bağlı araşdırmalar aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2637

Oxşar yazılar