Qaydaları pozan azərbaycanlı ölkədən qovulur
01 fevral 2024 12:02 (UTC +04:00)

Qaydaları pozan azərbaycanlı ölkədən qovulur

Rusiyanın Kursk vilayətində 31 yaşlı Azərbaycan Respublikası vətəndaşı məhkəmə qarşısına çıxıb. Həmin şəxs Rusiyada qalma qaydalarını pozub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 2021-ci ilin dekabrında kişi Moskvada yaşamaq icazəsi alıb. 2023-cü ilin oktyabrına qədər o, paytaxtda yaşayıb, sonra isə Tula vilayətinə köçüb.

Eyni zamanda, həmin şəxsə əvvəllər Rusiyaya giriş qadağan edilib. Bu, onun Rusiya Federasiyasının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunvericiliyin tələblərini pozduğuna görə üç dəfə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı olub.

Məhkəmə qərarı ilə azərbaycanlının yaşayış icazəsi ləğv edilib. Kişidən 2023-cü il fevralın 11-dək ölkəni tərk etməsi tələb olunub. Lakin o, bunu etməyib.

Daha sonra o, Kursk vilayətində saxlanılıb. Məhkəmə azərbaycanlını 2 min rubl (təxminən 37 manat) cərimələyib. Bundan əlavə, kişi Rusiya Federasiyasının ərazisindən çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18219
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21