Qaxda maşın 78 yaşlı kişini  vuraraq öldürüb
01 fevral 2026 23:32 (UTC +04:00)

Qaxda maşın 78 yaşlı kişini vuraraq öldürüb

0

Qax rayonunun Güllük kəndi ərazisində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar