13 yaşlı oğlan 8 yaşlı bacısının qaçırılmasının qarşısını alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, azyaşlı qız ABŞ-ın Miçiqan ştatının Alpena şəhərindəki evinin bağçasında oynayırdı. Bu zaman kolların arxasından bir gənc uşağın yanına qaçıb. Əlini körpənin ağzına qoyub və onu kolların arasına çəkib. Böyük qardaş bacısının qışqırığını eşidib.
O, "raqatka" götürərək tualetə qaçıb və pəncərədən cinayətkarın onunla başına daş atıb. Sonra növbəti daş qızı qaçırmaq istəyənin sinəsinə dəyib.
Nəticədə azyaşlı qız qaçmağı bacarıb.
Oğurluğa cəhd edən şəxsin tutulması üçün polis axtarışlara başlayıb.
Bir müddət sonra o, yanacaqdoldurma məntəqəsində görünüb.
Polis əməkdaşları tərəfindən o, saxlanılaraq həbs edilib.