"Sentyabrın 27-dən bu günə qədər 4 agentlik əməkdaşı mina axtarışları zamanı xəsarət alıb”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.
Onun sözlərinə görə, cəbhəboyu ərazilərdə mülki əhalinin işğaldan azad olunmuş ərazilərə qanunsuz şəkildə keçməsi ilə bağlı 29 mina partlama halı qeydə alınıb, bu zaman 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 12 nəfər həlak olub.