"Qanuni oğru"nun fərari oğlu həbs edildi
01 fevral 2024 15:21 (UTC +04:00)

"Qanuni oğru"nun fərari oğlu həbs edildi

Ermənistanda polis kriminal avtoritetin axtarışda olan oğlunu saxlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşlı Sarkis Melikyan ötən ilin yayından hərbi xidmətdən yayındığı üçün axtarışda olub. Melikyan yanvarın 31-də Oşakan kəndində aşkar edilərək saxlanılıb.

Məhkəmənin qərarı ilə Melikyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. O, Atik cəzaçəkmə müəssisəsinə təhvil verilib.

Qeyd edək ki, Sarkis Melikyan “qanuni oğru” Gevorik Oşakanskinin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10836
avatar

Oxşar yazılar