Leninqrad vilayətinin Yanino kənd sakini səs-küy salan üst qonşusunun qulağını dişləyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, xəsarət alan şəxs iki dostu ilə öz evində içki içirmiş. Onlar saat 22:00-dan sonra da səs-küy salmağa başlayıblar.
Sonra aşağıda yaşayan cütlük onların yanına gəlib. Tərəflərin danışığı yaxşı alınmayıb və aralarında dava düşüb. Leninqrad vilayəti sakininin dediyinə görə, qonşusu ona arxadan hücum edib, qulağının parçasını dişləyib və hətta “onu tamamilə yeyəcəyini” deyib.
Qonşusunu dişləyən qızın dediyinə görə, iki qonşu ərinə hücum edərkən o, özünü qorumağa və müdafiə etməyə çalışıb.
Polis əməkdaşları yoxlamaya başlayıb.