Kartel tərəfindən qaçırılan Vanessa Torres Qalanın meyiti Meksikada tapılıb. Gənc qadının yarılma işləri çərçivəsində işgəncələrə məruz qalaraq təcavüzə məruz qaldığı, sinəsinin parçalandığı bildirilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ağır təhqirləri sadaladığı videonun sonunda sosial media fenomeni: “Ölümsüzəm, toxunulmazam, şeytanla əhd bağlamışam. Mən səni yandıracağam, Menço. Mən bunu deməkdən qorxmuram, bu sözləri burada və sizin üzünüzə deyə bilərəm. Qısa müddətdə “TikTok”dan bütün sosial media kanallarına yayılan videodakı gəncin taleyi bir neçə gün idi ki, maraqla izlənilirdi.
Çünki “Səni yandıracağam Menço” adlı fenomenin adı dünyanın ən təhlükəli ölkələrindən biri olan Meksikanın ən təhlükəli simalarından biri imiş. Qısa adı Menço olan Nemesio Oseguera Servantes, illərdir Meksikanı sıxışdıran kartel müharibələrinin mərkəzində dayanırdı. El Çapo Quzmanın ələ keçirilməsi ilə başlayan Sinaloa-Jalisco Next Nəsil Karteli (CJNG) müharibəsi son 9 il ərzində yüz minlərlə insanın ölümünə səbəb olub.
Hər gün 100-ə yaxın insanın öldürüldüyü Meksikada sosial media fenomeninin paylaşdığı El Mençoya “Səni yandıracağam” dediyi video dünyada şok effekti yaradıb. Fenomen yalvararaq, "Dediklərimə görə üzr istəyirəm. Nəticələrinin nə olacağını təsəvvür edə bilməzdim. Bunu izləyicilərimin sayını artırmaq üçün etdim, amma indi peşmanam. İzləyicilərimdən və cənablardan üzr istəyirəm”, - deyərək yalvarıb.
Hökumətin bir çox bölgədə nəzarət etmədiyi Meksikada son hadisə üç il əvvəl baş verənlərin təkrarı idi. Sinaloa kartelinin başçısı olmuş El Çapo Quzmanın oğlu Ovidio Quzman-Lopez 2019-cu ildən sonra 2023-cü ilin ilk günlərində yenidən polis tərəfindən yaxalanıb. Kuliakanda saxlanılaraq paytaxt Mexikoya aparılan Ovidio Quzman-Lopez bu dəfə sərbəst buraxılmayıb. Sinaloa üzvləri isə gözlənildiyi kimi şəhərləri döyüş meydanına çeviriblər. Maşınların yandırıldığı Sinaloa hava limanında havaya qalxmağa hazırlaşan təyyarə də güllələrə tuş gəlib.
Dünyanın ən böyük narkotik ticarəti təşkilatlarından biri olan Sinaloanın yeni liderinin tutulmasına səbəb olacaq məlumata görə ABŞ-ın vəd etdiyi 5 milyon dollar mükafat var idi. 10-u polis olmaqla, onlarla insanın həyatını itirdiyi Meksika bu dəfə kartel tərəfindən qaçırılan polislə gündəmdədir.
Səlahiyyətlilərdən verilən açıqlamada, Meksikanın Verakruz şəhərində polis məmuru olan Vanessa Torres Qalanın cəsədinin yanvarın 12-də tapıldığı və bədənində çoxlu işgəncə izlərinin olduğu bildirilib. Qadın polisin həmkarları dəhşətli hadisədə əli olan şəxslərin tapılaraq cəzalandırılmasını tələb ediblər.
Ötən çərşənbə axşamı iş başında olarkən kartel tərəfindən dostu ilə qaçırılan Vanessanın bədənində də zorlama izləri tapılıb. Dostları tərəfindən çətinliklə aşkar edilən Vanessanın sinəsinin parçalandığı da məlum olub.
Vanessanın meyitinin tapılması ilə onun ailəsinə kədərli xəbər çatdırılıb. Ailəsi cəsədin gənc qadına məxsus olduğunu təsdiqləyib. Verakruz qubernatoru Cuitláhuac Qarsía isə 3 şübhəlinin nəzarətdə olduğunu açıqlayıb və "Kordobada vəziyyət sakitdir, nəzarət altındadır, lakin polis əməliyyatı davam edir", - deyib. Polisin öldürüldüyü Verakruz bölgəsində CJNG və Los Zetas kartellərinin döyüşdüyü məlum olub.