Qadın pedofilin cinsi orqanını və ürəyini qızardıb yedi
12 mart 2025 19:44 (UTC +04:00)

Qadın pedofilin cinsi orqanını və ürəyini qızardıb yedi

Braziliyada 65 yaşlı qadın evsiz kişini öldürdüyünü etiraf edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 60 yaşlı Selso Markes Ferreyranın qalıqları polis tərəfindən tapılıb. Meyitin yanında qana bulaşmış bıçaq və "Qrinqa zorlayanı tutdu" yazılmış məktub tapılıb. Ferreyranın qızı atasının spirtli içki və narkotik istifadə etdiyini, həmçinin 15 ildən çox küçələrdə yaşadığını deyib.

“Qrinqa” ləqəbli Josefa Lima de Souza kişini öldürdüyü üçün həbs edilib. Dindirilmə zamanı qadın bildirib ki, Ferreyra uşaqlara təcavüz edib, ona görə də ondan qisas almaq qərarına gəlib. Onun sözlərinə görə, kişinin cinsiyyət orqanını kəsib, ürəyini çıxarıb və qızardaraq yeyib.

Lima de Souza 41 yaşlı Robson Aparesido de Oliveyra ilə birlikdə həbs edilib. Məlum olub ki, o, bir müddət əvvəl Ferreyranı zorakılıqla hədələyib. Polis onu qadının əri hesab edib. Ferreyranın həqiqətən təcavüzkar olduğuna dair hələ heç bir dəlil tapılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar