Britaniyalı qadın ona təcavüz edən kişinin həbsindən bir həftə sonra onunla supermarketdə rastlaşıb.
Lent.az xarici mediyaya istinadən xəbər verir ki, 26 yaşlı Kaley Kilsi dostu Kreyq Bernikell tərəfindən zorakılığa məruz qalıb. Axşamı dostları ilə barda keçirən gənclər eyni taksi ilə evlərinə gediblər. Bir müddət sonra qız pulqabısının və mobil telefonunun çantasında olmadığını öyrənib.
Kilsey taksinin pulunu ödəyə bilmədiyindən, dostu onu evinin qonaq otağında gecələməyə dəvət edib. Qız razılaşıb, lakin gecənin yarısı ev sahibinin ona təcavüz etməsinə görə aylılıb. Qız polisə şikayətçi olub, oğlan 1 həftə sonra saxlanılıb. İki həftə sonra isə Kisli yerli supermarketdə yenidən onunla qarşılaşıb. Məlum olub ki, təcavüzkara qarşı rəsmi ittihamlar 2021-ci ilin fevralında irəli sürülüb və hökmün elanı bir neçə dəfə təxirə salınıb. Nəticədə, kişi səkkiz il həbs cəzasına məhkum edilib, lakin 2023-cü ilin yayında həbsxanaya göndərilib.
Mağazada təcavüzkarla görüşdükdən sonra Kisli "dəhşətli və cəlbedici" adlandırdığı məhkəmə prosesləri haqqında ictimaiyyətə açıqlama verib. İndi Kisli məhkəmə islahatları istəyərək, zorakılıq törətmiş kişilərin istintaq və məhkəmə zamanı girov müqabilində həbsdən azad edilməməsi üçün qanunun dəyişdirilməsini tələb edib.
O təklif edir ki, daha ağır cinayətlər törədənlər kimi zorlayanlara da eyni standartlar tətbiq edilsin.
.