Sumqayıtda qadın kişini aldadaraq pullarını alıb.
Lent.az xəbər verir ki, şəhər sakini olan A. Qurbanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə ittiham olunur. O, həmyerlisi S. Babayevə vədlər verərək, oğlu Samiri Xəzər dənizində mühafizə xidmətinə düzəldəcəyini deyib.
Bu məqsədlə ondan Sumqayıt şəhəri ərazisindəki parkda 8000 manat məbləğində pul alıb. Ancaq vədinə əməl etməyərək, zərərçəkmiş şəxsi aldadıb.
S. Babayevin hüquq-mühafizə orqanlarına müraciəti əsasında A. Qurbanova istintaqa təhvil verilib.
Hazırda məhkəmə istintaqı davam edir.