Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də şəhərin 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.