Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.