Baş Prokurorluq Azərbaycan vətəndaşlarının Avropaya qanunsuz miqrasiyası ilə bağlı yayılan iddialara cavab verib.
Lent.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib. Amma o, istintaq qurumu tərəfindən saxlanılmyıb, ona hər hansı məzmunda ittiham verilməyib. Barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib.
Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur.