Nəriman Əliyev
07 yanvar 2022 14:20 (UTC +04:00)

Nəriman Əliyev

Prokurorluq sabiq deputatla bağlı araşdırmalara başladı

0

Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırmalar başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır.

Qurumdan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, sözügedən ərazidə ağaclar Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin göstərişi ilə kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3071

Oxşar yazılar