Moskvada gözəllik bloggeri Yuri Altunyan həbs edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, pornoqrafik materialların yayılmasında ittiham olunur.
Altunyan plastik cərrahdır və paytaxtda estetik əməliyyatlar, xüsusən də dodaqların korreksiyası ilə məşğul olan tibb mərkəzinin sahibidir. Sosial mediada iki milyon abunəçisi olan bloqqer müştəri rəyləri ilə videolar yerləşdirib və özünə qulluq məsləhətləri ilə bölüşüb.
Moskvanın Kuntsevo Məhkəməsi bloqqerin həbsinə qərar verib. Onu internetdə qeyri-qanuni pornoqrafiya yaydığına görə 6 ilə qədər həbs gözləyir.