Polşada iki aylıq uşağı ilə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Onun cansız bədəni Oder çayında aşkarlanıb.
Körpənin taleyi barədə məlumat yoxdur.
Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də iki aylıq körpəsi ilə birgə Vrotslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.