Polis xeyli silah yığdı:  avtomatlar, pulemyotlar, qumbaralar...
27 mart 2026 10:51 (UTC +04:00)

Polis xeyli silah yığdı: avtomatlar, pulemyotlar, qumbaralar...

0

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Lent.azya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar