Polis sürücünü övladları qarşısında döyüb? - DİN-dən AÇIQLAMA
25 sentyabr 2021 10:22 (UTC +04:00)

Polis sürücünü övladları qarşısında döyüb? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan video-görüntüdə polis əməkdaşlarının sürücünü məktəbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.

Bununla bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polislər vətəndaşı döyməyiblər:

“Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.

# 2487
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar