Polis şöbəsinə  SİLAHLI HÜCUM:   Yaralanan var
07 iyul 2023 19:49 (UTC +04:00)

Polis şöbəsinə SİLAHLI HÜCUM: Yaralanan var

Kemerovo vilayətinin Kiselevsk şəhərində “Qırmızı daş” polis şöbəsinə hücum edilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsindən bildirilib ki, polislərə bıçaqla silahlanmış yerli sakin hücum edib.

Bildirilir ki, hücum edən şəxs binaya daxil olmaq istəsə də, idarənin əməkdaşları ona müqavimət göstərib.

Bildirilir ki, hücum edən şəxs binaya daxil olmaq istəsə də, idarənin əməkdaşları ona müqavimət göstərib.

“Qapını döyüb və özünü nalayiq aparıb. Növbətçi polis bölməsinin girişini bağlayıb ki,  içəri girməsinlər”, - məlumatda deyilir. 

Bildirilir ki, hadisə yerinə Dövlət Yol Müfəttişliyinin əməkdaşları, cinayət-axtarış şöbəsinin əməliyyatçıları, eləcə də Milli Qvardiyanın döyüşçüləri cəlb olunub. Lakin təcavüzkar bıçaqların atılması və qanunsuz hərəkətlərin dayandırılması tələblərinə cavab verməyib və saxlamaq istəyərkən onlara hücum edib. O, iki əməkdaşı çiynindən bıçaqlayıb, sonra isə qaçıb.

Hücum edən 32 yaşlı yerli sakin olub. O, əvvəllər narkotik istifadəsinə görə məhkum olunub. Həmin şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar