Rusiya Daxili İşlər Nazirliyinin Başqırdıstanın Meleuzovski rayonu üzrə rəis müavini rüşvət almaqda şübhəli bilinib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə region üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaq hesab edir ki, 49 yaşlı rəis müavini 2014-2018-ci illər ərzində fəaliyyətsiz boru kəmərinin sökülməsi və satışı ilə məşğul olan yerli sahibkardan pul alıb. Bu müddət ərzində polis ümumilikdə 2,3 milyon rubl (təxminən 42 min 90 manat) rüşvət alıb.
Rüşvət faktı rayon Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən aşkarlanıb. Polis əməkdaşının yaşadığı ünvanda axtarışlar aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda cinayətin bütün hallarını araşdırır və oxşar hadisələrin olub-olmadığını müəyyən edirlər.