Polis kapitanı oğrunun pullarını  oğurladı - ŞOK OLAY
08 iyul 2023 17:47 (UTC +04:00)

Polis kapitanı oğrunun pullarını oğurladı - ŞOK OLAY

0

Rusiyada komediya kimi oğurluq olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Stavropol diyarında polis kapitanı araşdırmalar zamanı müsadirə olunan 50 min dolları oğurlayıb.

Məlumata görə, on il xidmət keçmiş polis əməkdaşı pul oğurluğu faktını araşdırarkən şübhəlinin avtomobilindən külli miqdarda xarici valyuta aşkar edib. Daxili İşlər Nazirliyinin əməkdaşı onu müsadirə edib və mənimsəmək qərarına gəlib.

Bir il sonra cinayətin üstü açılıb və kapitan günahını etiraf edib. Hazırda onun neqativ əsaslarla işdən çıxarılması prosesi gedir.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2682

Oxşar yazılar