Fransa polisi şübhəliləri smartfon kameraları və mikrofonlarından istifadə edərək qanuni olaraq izləyə biləcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, GPS kimi digər sensorlara da aiddir.
Qeyd olunur ki, polis istifadəçiləri yalnız məhkəmə qərarı olduqdan sonra izləyə biləcək. Jurnalistləri, hüquqşünasları və bəzi başqa peşələrin nümayəndələrini izləmək mümkün olmayacaq. İcazə 6 aya qədər müddətə veriləcək və GPS sensoru yalnız 5 ildən çox həbs cəzası nəzərdə tutulan cinayətləri araşdırmaq üçün istifadə edilə bilər.
“Bu cür müşahidənin texniki cəhətdən necə həyata keçirildiyi hələ dəqiq məlum deyil, çünki hər cihazı sındırmaq mümkün deyil. Bundan əlavə, müşahidə aparmağa imkan verəcək zəiflik aşkar edilərsə, polisdən bu barədə smartfon istehsalçısına məlumat verməsi tələb olunmur”, - xəbərdə bildirilir.