Polis ev oğrularından birini tutdu, digəri barədə isə...
02 oktyabr 2021 14:44 (UTC +04:00)

Polis ev oğrularından birini tutdu, digəri barədə isə...

Yevlax sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət-əşyalarının oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Hüseyn Mahmudov saxlanılıb.

Digər şübhəlinin isə şəxsiyyəti müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmalarla onların 2 ədəd qızıl üzük, qızıl sırğa, boyunbağı və digər əşyalar oğurlamaqla vətəndaşa 3000 manat dəyərində ziyan vurduqları müəyyən edilib.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraməmmədli kəndinin ərazisindəki evlərin birindən oğurluq edən şəxslər də saxlanılıb. Araşdırmalarla cinayət əməlini törədənlərin Elşən Nuriyev və Zamin Fərəcov olduğu müəyyən edilib. Onlar evdən cərəyan aparatı, təmir alətləri və məişət əşyaları oğurlayaraq vətəndaşa 1600 manat dəyərində ziyan vurublar.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996

Oxşar yazılar

Bakıda 44 yaşlı qadını qaçıran  şəxs tutulub -VİDEO

Bakıda 44 yaşlı qadını qaçıran şəxs tutulub -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42
Samuxda 37 yaşlı kişini bıçaqladılar

Samuxda 37 yaşlı kişini bıçaqladılar

20 may 2025 , 23:07
Bakıda avtobusun şüşəsini sındıran  saxlanıldı - VİDEO

Bakıda avtobusun şüşəsini sındıran saxlanıldı - VİDEO

20 may 2025 , 22:13