Polis əməliyyat keçirdi: 12 nəfər  saxlanıldı
27 mart 2023 13:29 (UTC +04:00)

Polis əməliyyat keçirdi: 12 nəfər saxlanıldı

Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən son iki həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirlər ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Bəkirov saxlanılaraq şöbəyə gətirilib və onun üzərinə baxış keçirilib. Baxış zamanı satış məqsədi ilə 86 bükümdə qablaşdırımış külli miqdarda heroin və metamfetamin, eləcə də metadon həbləri aşkar edilərək götürülüb.  

Bundan başqa son tədbirlər zamanı isə daha 11 nəfər də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Bu əməliyyatlar zamanı isə ümumilikdə 1 kiloqrama yaxın narkotikin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Qeyd olunan faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

# 1872
avatar

Arzu Qurbanlı

Oxşar yazılar