Polis daha iki bələdiyyə sədrini zibilə görə CƏRİMƏLƏDİ
21 iyul 2023 10:00 (UTC +04:00)

Polis daha iki bələdiyyə sədrini zibilə görə CƏRİMƏLƏDİ

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən nəzarət tədbiri zamanı rayonun Daş Salahlı və Çaylı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı həmin kəndinlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Arzu Qurbanlı

Oxşar yazılar