Polis daha iki bələddiyə sədrini CƏRİMƏLƏDİ
19 iyul 2023 09:53 (UTC +04:00)

Polis daha iki bələddiyə sədrini CƏRİMƏLƏDİ

0

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba  Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin  əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Alekseyevka və Xucbala  kəndləri  əraziləriində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsinin tələblərini pozduqlarına görə hər iki  kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1630

Oxşar yazılar