Salyanda ölümlə nəticələnən yol qəzası barədə xəbər vermişdik.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub. Həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunan E.Niftiyev saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, məlumata görə, Salyanda Yaşar Novruzov sərxoş halda yolun hərəkət hissəsində uzanıb. Bu zaman naməlum avtomobil onun üzərindən keçib. Nəticədə Y. Novruzov yerindəcə keçinib.