Salyanda piyadanın ölümü ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində baş verib. 38 yaşlı Novruzov Yaşar Ramiz oğlu səxroş halda yolun hərəkət hissəsində uzanıb. Bu zaman Astara istiqamətində hərtəkət edən naməlum avtomobil onun üzərindən keçib.
Y. Novruzov yerindəcə keçinib. Hadisəni törədən sürücü isə ərazidən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.