Rusiyanın Tümen vilayətində ovçu təsadüfən yaşlı kişini heyvanla səhv salaraq güllələyib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə yanvarın 31-də Reşetnikovo kəndi yaxınlığındakı meşə zolağında baş verib. Məlumata görə, 47 yaşlı Tümen sakini gecə qunduz ovuna çıxıb, lakin o, qunduz əvəzinə 63 yaşlı yerli sakini güllələyib.
Qarnından yaralanan zərərçəkənin vəziyyəti ilə bağlı məlumat yoxdur.