Ötən həftəsonu yollarda 8 nəfər ölüb
26 iyun 2023 09:54 (UTC +04:00)

Ötən həftəsonu yollarda 8 nəfər ölüb

0

İyunun 24-də və 25-də ölkədə qeydə alınan 101, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 213, o cümlədən borclu şəxs qismində axtarışda olan 169  nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 6 nəfər isə xəsarət alib.

Narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1700

Oxşar yazılar