Ordumuzun əsgəri özünü öldürdü
18 oktyabr 2024 19:15 (UTC +04:00)

Ordumuzun əsgəri özünü öldürdü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Prokuorluqdan Lent.az- bildirilib ki, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

ALLAH hərbçimizə rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Oxşar yazılar