Onuncu mərtəbədən  yıxılan qız sağ qaldı
07 fevral 2024 12:20 (UTC +04:00)

Onuncu mərtəbədən yıxılan qız sağ qaldı

Rusiyanın paytaxtı Moskvada altıncı sinif şagirdi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb. 

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə fevralın 5-də Rodniki mikrorayonunda yerləşən evdə baş verib. Məktəbli qız onuncu mərtəbənin pəncərəsindən yıxılıb. Qızda omba sınığı və beyin silkələnməsi olub, başqa xəsarətlər barədə məlumat yoxdur. Uşaq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis hadisənin başvermə şəraitini müəyyənləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3696
avatar

Oxşar yazılar