“Ölüm oyunu” adı ilə Bakıda yola təkər atan yeniyetmələr tutuldu -FOTO
05 oktyabr 2023 09:08 (UTC +04:00)

“Ölüm oyunu” adı ilə Bakıda yola təkər atan yeniyetmələr tutuldu -FOTO

0

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər.

Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3605

Oxşar yazılar