Şağanda cüdo turnirində öldürülən 16 yaşlı Turan Hüseynovun sevgilisi Lent.az-a danışdı
29 noyabr 2022 15:00 (UTC +04:00)

Şağanda cüdo turnirində öldürülən 16 yaşlı Turan Hüseynovun sevgilisi Lent.az-a danışdı

Öldürülən 16 yaşlı cüdoçunun sevgilisi DANIŞDI: “Hər gün onunla...”

Son zamanlar gənclərin ani ölümü ilə qarşılaşırıq. Kimisi yol qəzasında, kimisi cavanlaşan xəstəliklərdən, kimisi isə gözləmədiyi anda dünyasını dəyişir. O biri dünyaya 16 yaşında köçən Turan Hüseynov da ölümü erkən yaşında görən gənclərdən biridir. 

Xatırladaq ki, məlumatlara əsasən, o, Şağan İdman Olimpiya Kompleksində 19 yaşlı idmançı Ruslan Səfixanov tərəfindən söyüş üstündə öldürülüb. ”Tiktok”da Turana aid videolar trendə düşüb desək, yanılmarıq. Onların içərisində mərhumun sevgilisinin paylaşdığı görüntülərlə də qarşılaşdıq. Adı E.H. olan həmin qızla əlaqə yaratdıq. 

Lent.az xəbər verir ki, E.in sözlərinə görə, o, mərhumun məzarına baş çəkmək üçün hər gün Mingəçevirdən Yevlaxın Salahlı kəndindəki məzarlığa gedir:

“Biz ötən il cüdo klubunda tanış olmuşuq. Sosial şəbəkə hesabımızda bir-birimizi izləyirdik. Bir gün məndən çox xoşlandığını, sevdiyini söylədi. Münasibətimiz çox gözəl irəliləyirdi. İlk sevgi saf olur deyirlər. Elə idi bizdə. Həmişə bir-birimizin yanında idik. Elə sevə-sevə də ayrılmışıq...

Sonuncu dəfə nəyinsə üstündə bərk dalaşıb əlaqəmizi kəsdik. Düzdür, mənimlə yenidən bərabər olmaq üçün cəhdlər edirdi. İstəmirdim, amma indi çox peşmanam. Həmin hadisə olanda dostlarım xəbər verdi mənə. Biləndə ki, Turan bıçaqlananda oradakı müəllimlər, insanlar heç bir şey etməyiblər, dəhşətə gəldim. Necə yəni heç kəs heç nə etmədi? Necə yəni göz görə-görə qarşısını almadılar? Videolara baxa bilmədim, ürəyim gəlmirdi. İndi baxıram və hələ də özümə gələ bilmirəm. 

Hər gün ona baş çəkməyə Mingəçevirdən Yevlaxın Salahlı kəndinə gedirəm. Danışıram onunla, ölümü ilə barışa bilmirəm. Nə mən, nə də ailəsi. Bacısı ilə danışıram. Onların halını təsəvvür edin. Evdən Bakıya uşaq yola salıblar ki, yarışa getsin. Sağ-salamat göndərdikləri uşağın evə cənazəsi gəlir...”

E.-in və mərhumun yaxınlarının indi təsəllisi şəkillər, səs yazıları, xatirələr və qara torpaqdır. “Söyüş üstündə” həyatına son qoyulan Turan Hüseynovun hekayəsi yarıda qırıldı, Allah onun yaxınlarına səbr versin...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11856
avatar

Nigar Namiq

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21