Oğuzda “Ford Transit” markalı yük avtomobili yanıb.
Lent.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayonunun Sincan kənd sakini 37 yaşlı Samiq Vəli oğlu Hüseynəliyevə məxsus “Ford Transit” markalı yük avtomobilində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində yük avtomobilinin kabinəsi və matorxanası yanıb. Yanğın zamanı yaralanan olmayıb.