Bakıda ev qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 500 manat pul və içərisində 890 manat dəyərində geyim əşyaları və telefon aksesuarları olan çanta oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Balakən rayon sakini N.Gəncəliyeva saxlanılıb.
Araşdırma aparılır.