Oğuzda 51 yaşlı kişi övladının toyundan üç gün sonra intihar edib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı C. Məmmədkərimovun intihar etdiyi məlum olub. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.