Nur-Sultandan Bakıya  uçuşlar   bərpa olundu
13 yanvar 2022 10:11 (UTC +04:00)

Nur-Sultandan Bakıya uçuşlar bərpa olundu

Qazaxıstanın paytaxtı Nur-Sultandan Bakıya aviareyslər bərpa olunub.

Lent.az Qazaxıstan mediasına istinadla bildirir ki, yanvarın 13-dən ölkənin paytaxtı Nur-Sultandan 32 beynəlxalq reysin bərpası planlaşdırılır. Həmin şəhərlər sırasında paytaxt Bakı da yer alır.

Bərpa olunacaq aviareyslər arasında Bakıdan əlavə, Moskva, Budapeşt, Dubay, İstanbul, Minsk, Varşava, Kiyev, Daşkənd, Yekaterinburq, Novosibirsk, Phuket və Kolombo şəhərləri də var. Almaniyanın Frankfurt şəhərinə isə bir reys ləğv edilib.

Məlumatda qeyd olunur ki, “Lufthansa” şirkətinin reysləri istisna olmaqla, Nur-Sultana beynəlxalq uçuşlar tam bərpa edilib.

Xatırladaq ki, iğtişaşlardan sonra Nur-Sultana ilk uçuşun Almatı hava limanından edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248
avatar

Mehman Nəbiyev

Oxşar yazılar