11:50 20 yanvar 2021

Novxanıda külli miqdarda silah-sursat aşkarlandı - XÜSUSİ ƏMƏLİYYAT

Sumqayıtda evdən külli miqdarda sursat aşkarlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə orada yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

# 993
avatar

Mehman Nəbiyev

Oxşar yazılar