Nobel sülh mükafatı laureatına  hökm oxundu   – SƏBƏB
01 yanvar 2024 18:32 (UTC +04:00)

Nobel sülh mükafatı laureatına hökm oxundu – SƏBƏB

Banqladeş məhkəməsi Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusa 6 ay həbs cəzası verib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Yunusla bərabər onun təsis etdiyi “Grameen Telecom” telekommunikasiya şirkətinin rəhbəri Əşrəful Həsən də məhkum edilib. Hər ikisi də bir maddə ilə 5 min taka (45 dollar), digər maddə ilə isə 25 min taka (227 dollar) cərimə olunub. Cərimələri ödəmədiklərinə görə məhkumları müvafiq olaraq əlavə 10 və 15 gün həbs gözləyir.

83 yaşlı iqtisadçı Məhəmməd Yunus 2006-cı ildə iqtisadi inkişafla bağlı fəaliyyətinə görə Nobel sülh mükafatına layiq görülüb. O, 1983-cü ildə təsis etdiyi “Grameen Bank” vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokredit verməyə başlayanda beynəlxalq səviyyədə tanınıb. Daha sonra ölkənin baş naziri Şeyx Hasina Yunusu fermerləri maliyyə əsarəti altına almaqda günahlandırıb, onlar alınan kreditlərə görə illik təxminən 20 faz faiz ödəməli idilər.

2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Yunusun xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4047
avatar

Oxşar yazılar

Şəmkirdə "Qazel"  yandı

Şəmkirdə "Qazel" yandı

1 noyabr 2024 , 22:23
Şabranda azyaşlı bıçaqla öz BOĞAZINI KƏSDİ

Şabranda azyaşlı bıçaqla öz BOĞAZINI KƏSDİ

1 noyabr 2024 , 20:31
İmişlidə kişi özünü asdı, ailəsi meyitini 1 gün sonra tapdı

İmişlidə kişi özünü asdı, ailəsi meyitini 1 gün sonra tapdı

1 noyabr 2024 , 19:46
Yol polisinin 17 mayor və kapitanı işdən qovuldu

Yol polisinin 17 mayor və kapitanı işdən qovuldu

1 noyabr 2024 , 18:54
Bakıda FACİƏ:  fəhlə binadan yıxılıb öldü

Bakıda FACİƏ: fəhlə binadan yıxılıb öldü

1 noyabr 2024 , 17:36
Şokolad çubuğu yeyən 7 yaşlı qız boğulub öldü

Şokolad çubuğu yeyən 7 yaşlı qız boğulub öldü

1 noyabr 2024 , 17:10
Ana qızının atalıq hüququnu satdı

Ana qızının atalıq hüququnu satdı

1 noyabr 2024 , 16:44
Aeroportun polis rəisi  saxlanıldı

Aeroportun polis rəisi saxlanıldı

1 noyabr 2024 , 13:42