Göygöldə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. 51 yaşlı İsrafilov Vüqar Əlövsət oğlu idarə etdiyi "NİVA" markalı avtomobillə yolu keçmək istəyən 49 yaşlı Həsənov Mahir Nasir oğlunu vurub. Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.