"Niva"nı kənddə aşıran sürücü  xəstəxanaya düşdü
20 iyul 2025 16:00 (UTC +04:00)

"Niva"nı kənddə aşıran sürücü xəstəxanaya düşdü

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun Goranboy rayonunun Səfikürd  kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxaraq yolunun kənarına aşıb. Qəza  zamanı sürücü 30 yaşlı S.Verdiyev yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296

Oxşar yazılar