Nəzarətsiz qalan uşaq xilas edildi
04 noyabr 2021 00:14 (UTC +04:00)

Nəzarətsiz qalan uşaq xilas edildi

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfərin fərdi evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, müraciət qəbul edilən kimi FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində giriş qapısının açılması, evdə halsız vəziyyətdə aşkarlanan qadının və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1706

Oxşar yazılar