Nəvədən VƏHŞİLİK: nənəsini  çəkiclə döyüb öldürdü  , meyiti gizlətdi
06 iyul 2023 19:50 (UTC +04:00)

Nəvədən VƏHŞİLİK: nənəsini çəkiclə döyüb öldürdü , meyiti gizlətdi

0

Rostov yaxınlığındakı Aksay şəhərində dəhşətli hadisə baş verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Rostov vilayəti prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, tərk edilmiş ərazidə yaşlı qadının meyiti tapılıb.

Mərhumun nəvəsi vəhşicəsinə qətl törətməkdə şübhəli bilinir.

Məlum olub ki, gənc nənəsinin mənzilində olarkən onunla güclü mübahisə edib. O, əsəbləşərək qadının başına çəkiclə 9 dəfə zərbə endirib. Təqaüdçü hadisə yerində dünyasını dəyişib.

Daha sonra qatil cinayəti ört-basdır etmək qərarına gəlib. Bir dostu ona kömək edib. Onlar birlikdə mənzildə olan qan izlərini yuyub, qətlə yetirilən qadının meyitini tərk edilmiş əraziyə aparıb, üstünü otla və dəmir-beton plitə ilə örtüb, cinayət silahını gizlədiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3704

Oxşar yazılar