Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə H.Qasımova Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin rəisi vəzifəsi həvalə olunub.